Öd Kisəsi Nədir?
Öd kisəsi — qaraciyərin alt hissəsinde yerləşən, öd şirəsini saxlayan kiçik bir orqandır. Öd şirəsi yağların həzm olunmasında kömək edir. Lakin öd daşları (xolelitiyaz) əmələ gəldikdə öd kisəsi problematik hala gəlir.
Öd daşları olan öd kisəsi adətən cərrahi yolla çıxarılır. Öd kisəsiz tam normal həyat sürmək mümkündür — qaraciyər öd şirəsi istehsalını davam etdirir.
6 Xəbərdarlıq Əlaməti
Laparoskopik Xolesistektomiya
Laparoskopik xolesistektomiya — öd kisəsinin çıxarılmasında dünya standartı hesab edilən minimal invaziv əməliyyatdır. Qarın divarında cəmi 3-4 kiçik kəsik (5-10 mm) vasitəsilə kamera və cihazlar daxil edilərək öd kisəsi çıxarılır.
Əməliyyatdan Sonra Qidalanma
Öd kisəsi çıxarıldıqdan sonra ilk 2 həftə az-az, tez-tez yemək tövsiyə edilir. Yağlı, qızardılmış qidalardan çəkinin. Yavaş-yavaş normal pəhrizə qayıdın. Əksər insanlar 3-4 həftə sonra heç bir qida məhdudiyyəti olmadan normal həyatına davam edir.