Labioplastika Nədir?
Labioplastika — kiçik dodaqların (labia minora) cərrahiyyə yolu ilə kiçildilməsi və ya estetik şəklinə salınmasıdır. Bu prosedur həm estetik narahatlıqları aradan qaldırır, həm də gündəlik həyatda — idman, paltarlar, cinsi əlaqə zamanı — yaranan fiziki diskomfortu azaldır.
Labioplastika dünyada ən çox aparılan intim estetika əməliyyatlarından biridir. Minimal invaziv texnologiyalar sayəsinde tikiş qoymaq da lazım gəlmir, hospitalizasiya tələb edilmir — eyni gün evə gedə bilərsiniz.
Göstərişlər (Kim Üçün Uyğundur?)
- Kiçik dodaqlar böyük dodaqları aşıb çıxır (hipertrofiya)
- Bir dodaq digərindən əhəmiyyətli dərəcədə böyükdür (asimmetriya)
- Dar paltarlar, mayo geyərkən narahatçılıq
- İdman (velosiped, at minmək) zamanı sürtünmə, ağrı
- Cinsi əlaqə zamanı diskomfort
- Psixoloji narahatçılıq, özgüvən azalması
- Doğuşdan sonra dəyişikliklər
Əməliyyat Məlumatları
Ümumi Suallar
Əməliyyatdan sonra iz qalırmı? Yox. Kosmetik tikiş yaxşıca sağalır
və iz praktiki olaraq görünmür.
Hiss itkisi baş verirmi? Düzgün texnika ilə sinir zədəsi riski çox azdır.
Hiss tam qorunur.
Gələcəkdə doğuşa maneəmi? Labioplastika gələcək hamiləlik və doğuşa mane deyil.
Gizlilik
Dr. Ellada Manafova hər konsultasiyanı tam gizli mühitdə aparır. Sizi rahatsız edən hər sualı heç bir maneəsiz verə bilərsiniz. Xəstə məlumatları tam qorunur.